"Benzema hazırda dünyanın ən yaxşı hücumçusudu" - Eden Azar

"Real"ın yarımmüdafiəçisi Eden Azar komanda yoldaşı Kərim Benzema haqda fikirlərini bölüşüb:

"Heyətində Benzema olmayan komandaya qarşı oynamaq asandı. O, böyük fərq yaradır.

Benzema hazırda dünyanın ən yaxşı hücumçusudu. O, hücumda fayda verməklə yanaşı, komanda yoldaşlarını da ön plana çıxarmağı sevir.

Benzemanın milliyə çağrılmaması bizim üçün yaxşı, onun üçün isə pis xəbərdi".

Daha əvvəl "Real"ın baş məşqçisi Zinədin Zidan Benzemanı yığmaya dəvət etmədikləri üçün Fransanın məşqçilər heyətini tənqid etmişdi. Ardınca Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre forvardın milli karyerasının bitdiyini bəyan etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR