Beqoviç

Beqoviç "Milan"da debütə hazırlaşır

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç sabah yeni klubu "Milan"da debüt edə bilər. Çünki Milan təmsilçisinin qapıçısı Canluici Donnarumma sıradan çıxıb

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

20 yaşlı qapıçı zədə səbəbindən komandanın son məşqində iştirak etməyib. İtaliyalı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

Donnarumma "Milan”ın İtaliya kubokunun 1/8 finalında SPAL-la qarşılaşacağı oyunda iştirak etməyəcəyindən, Asmir Beqoviçin bu oyunda meydana çıxacağı gözlənilir. 

Qeyd edək ki, "Milan” – SPAL matçı sabah saat 21:00-da start götürəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR