Berdıyev komandada fəaliyyətə başlayıb

Berdıyev komandada fəaliyyətə başlayıb

"Rostov"un yeni baş məşqçisi Kurban Berdıyev komandada fəaliyyətə başlayıb.

Sport7.az xəbər verir ki, dünən klub rəhbərliyi ilə "Rostov"un durumunu müzakirə edən təcrübəli mütəxəssis artıq işə start verib.

"Rostov" yanvarın 14-də Berdıyevin rəhbərliyi altında BƏƏ-yə təlim-məşq toplanışına yollanacaq. Klub rəhbərliyi onun qarşısında cari mövsümü mümkün qədər uğurla başa vurmaq tapşırığı qoyub.

Berdıyev 2001-2013-cü illərdə Kazanın "Rubin" komandasına başçılıq edib. "Rubin" onun rəhbərliyi altında iki dəfə Rusiya çempionu olub.

Qeyd edək ki, "Rostov" Rusiya çempionatında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR