Berni Ekklstoun Azərbaycan Qran-Prisinə gedəcəyini deyib

Berni Ekklstoun Azərbaycan Qran-Prisinə gedəcəyini deyib

"Mən Formula 1 yürüşlərinin translyasiyasına Londonda baxacağam. Çin Qran-Prisinə getmək istəyirdim, amma sonra fikrimi dəyişdim".

Sport7.Az xəbər verir ki, bu sözləri Formula 1 çempionatı menecmentinin sabiq rəhbəri Berni Ekklstoun jurnalistlərə müsahibəsində deyib. O əlavə edib ki, bir ay əvvəl zəhərlənib və hələ də sağlamlığı tam bərpa olunmayıb. Bu səbəbdən səyahət edə bilmədiyini də diqqətə çatdıran Ekklstoun bildirib ki, Azərbaycan Qran-Prisinə gedəcək və Barselonadakı yürüşü də qaçırmayacaq. O, yürüşləri kanadalı avarçəkən Donald Makkenzi ilə birlikdə izləyəcəyini söyləyib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR