Bertens WTA-nın final turnirinə qələbə ilə başladı

Bertens WTA-nın final turnirinə qələbə ilə başladı

Çinin Şençjen şəhərində keçirilən WTA final turnirində ikinci turun oyunlarına start verilib.

Qırmızı qrupda Eşli Barti və Kiki Bertens qarşılaşıb. Avstraliyalı tennisçi ilk seti aktivinə yazdırsa da, Bertens geridönüş edə bilib. Nəticədə hollandiyalı raketka ustası 2 saat 11 dəqiqə davam edən qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılıb.


WTA final turniri

Şençjen, Çin

Qırmızı qrup

Kiki Bertens (Hollandiya) - Eşli Barti (Avstraliya) - 2:1 (3:6, 6:3, 6:4)


Qeyd edək ki, Bertens çiynindəki zədə səbəbindən çıxışını davam etdirə bilməyən Naomi Osakanı turnirdə əvəzləyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR