"Beşiktaş" bu futbolçudan canını qurtarmaq istəyir

"Beşiktaş" futbolçusu Tayler Boydu icarəyə vermək niyyətindədi.
 
Sport7.az xəbər verir ki, mövsümün əvvəlindən "vitoriya Gimaraeş"dən transfer edilən futbolçuya klub 2,4 milyon avro xərcləyib. Ancaq gözlənilən oyunu göstərmədiyindən, klub futbolçunu göndərmək niyyətindədi. Rəhbərlik 25 yaşlı futbolçunu başqa Superliqa klubuna icarəyə vermək istəyir. 
 
Boyd ötən mövsüm Superliqa təmsilçisi "Ankaragücü"ndə icarə əsasında forma geymişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR