"Beşiktaş"dan ayrılan qapıçı Almaniyaya qayıdır

"Beşiktaş"la yolları ayıran Loris Karius Almaniyaya qayıdır.
 
Sport7.az xəbər verir ki, qolkiper Bundesliqa təmsilçisi "Herta"ya keçməyə yaxındı. Alman klubu 26 yaşlı əlcək sahibini heyətinə qatmaq niyyətindədi.  
 
İcarə əsasında "Beşiktaş"a transer edilmiş "Liverpul"un qapıçısı İngiltərə təmsilçisinin heyətində də qalmayacaq. Alman qapıçı ilə başqa klublar da maraqlanır. Ancaq hazırda onun "Herta"ya keçmək variantının daha real olduğu deyilir. 
 
"Liverpul"la 1 illik müqaviləsi qalan futbolçu "Beşiktaş"da meydana çıxdığı 67 qarşılaşmada  qapısında 95 qol görüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR