"Beşiktaş"dan "sambaçı" transferi

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib. 
 
Sport7.az xəbər verir ki, klub "Alanyaspor”un futbolçusu Velintonu transfer edib. Braziliyalı mərkəz müdafiəçisi "ağ-qaralar”la artıq hərtərəfli anlaşma əldə edib. Razılığa əsasən, Velinton İstanbul təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq. "Sambaçı” bu gün yeni komandasının axşam məşqinə qoşulacaq.

"Flamenqo”nun yetirməsi olan 31 yaşlı futbolçu 2017-ci ildən "Alanyaspor”da çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR