"Beşiktaş"ın yeni transferi nə qədər məvacib alacaq? - TƏFƏRRÜAT

Türkiyənin "Beşiktaş" klubu heyətini gücləndirməkdə davam edir. 

Sport7.az xəbər verir ki, Slaven Biliçin komandası "Hamburq"da çıxış edən türkiyəli futbolçu Tolqay Arslanı transfer edib. 

"Qara qartallar" 24 yaşlı futbolçu üçün "Hamburqa" 450 min avro ödəyib. Ötən gün tibbi baxışdan keçən Tolqay Arslanla 3,5+1 illik müqavilə imzalanıb.

Futbolçunun hər mövsüm alacağı məvacibi təqdim edirik.

2014/15 mövsümü 650 min avro maaş + hər matça görə 10 min avro 
2015/16 mövsümü 1 milyon 300 min avro maaş + hər matça görə 10 min avro 
2016/17 mövsümü 1 milyon 450 min avro maaş + hər matça görə 10 min avro 
2017/18 mövsümü 1 milyon 550 min avro maaş + hər matça görə 10 min  avro 
2018/19 mövsümü 1 milyon 650 min avro maaş + hər matça görə 10 min avro 

Qeyd edək ki, Tolqay Arslan karyerasına "Borrusiya" (Dortmund) klubunda başlayıb. O, "Hamburq"a 2009-cu ildə transfer olunub. Meydana çıxdığı 83 oyunda 2 qola imza atıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR