"Betis" Nabil Fekirin transferini açıqladı (FOTO)

"Lion"un yarımmüdafiəçisi Nabil Fekir karyerasını İspaniyada davam etdirəcək.

La Liqa klublarından "Betis" Fekirin transferini açıqlayıb. 26 yaşlı futbolçunun müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Transfer Sevilya klubuna 19,75 milyon avroya başa gəlib. Əlavə 10 milyon avro dəyərində bonuslar da sazişin şərtlərinə daxil edilib.

"Lion" Fekirin növbəti keçidindən transfer məbləğinin 20%-i dəyərində gəlir əldə edəcək.
 



Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR