Beyl və Modriç zədələnib

Beyl və Modriç zədələnib

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oynanılan Uels - Xorvatiya matçında (1:1) Qaret Beyl və Luka Modriç zədələniblər.

Rəqibin hücumunun qarşısını almağa çalışan Modriç Harri Vilsona qarşı sərt oynayıb. Epizod zamanı xorvatiyalı futbolçu özü də zədələnib. 90-cı dəqiqədə Milan Badellə əvəzlənən Modriç sağ ayağının üzərinə basmaqda çətinlik çəkirdi.

Oyunun son dəqiqələrində Beylin axsaması da diqqətlərdən yayınmayıb. Lakin baş məşqçi Rayan Qiqqz oyunçu dəyişikliklərinin hamısından istifadə etdiyi üçün uelsli futbolçu meydanı tərk edə bilməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR