"Beynəlxalq oyunlarda bu cür səhvləri bağışlamırlar" - Millimizin baş məşqçisi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində səfərdə İsveçrənin qonağı olan millimizin baş məşqçisi Milan Obradoviç oyundan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Müəyyən səbəblərdən üç oyunçumuzun xidmətindən istifadə edə bilmədik. Təbii ki, bu amil oyunun keyfiyyətinə mənfi mənada öz təsirini göstərirdi. Oyunun gedişində yorğun olan futbolçuları əvəz etmək işimizi çətinləşdirirdi. Heyətdə ilk dəfə oynayan gənc oyunçularımız vardı. Meydanın mərkəzində topa nəzarət edib rəqibin oyun qurmasının qarşısını ala bildik. Hesabda irəli çıxdıqdan sonra əks-hücumlarla təhlükəli epizodlar yaratmağı bacardıq. İkinci hissədə rəqibin daha istəkli olacağını bilirdik. Belə də oldu və fasilədən sonra hesabı bərabərləşdirdilər. Xüsusən, son 10 dəqiqədə futbolçulara daha diqqətli olmalarını tapşırdım. Təəssüf ki, ardıcıl iki oyundur son dəqiqədə qol buraxaraq məğlub oluruq. Beynəlxalq səviyyəli oyunlarda bu cür səhvləri bağışlamırlar. Prinsipcə oyundan razı qalsam da, nəticədən narazıyam. Bu gün biz xal itirdik".
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR