Beynəlxalq yarışda qalib avstriyalı oldu

Beynəlxalq yarışda qalib avstriyalı oldu

Berlində "bett1ACES” beynəlxalq tennis turnirinin qalibi müəyyənləşib.

Sport7.az verir ki, kişi tennisçilərin final görüşündə dünya reytinq cədvəlində üçüncü pillədə qərarlaşan avstriyalı Dominik Tim İtaliya idmançısı Matteo Berrettinini məğlub edərək turnirin qalibi olub.

Üçüncü yer uğrunda görüş güclü yağış səbəbindən təxirə salınıb. Bürünc medal uğrunda İspaniya təmsilçisi Roberto Bautista Aqut və Yannik Sinner (İtaliya) üz-üzə gələcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR