Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ" ilə qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.
Sport7.az xəbər verir ki, mütəxəssis 3:0 hesablı qələbəyə belə şərh verib: "Futbolçulardan razı qaldım. Komanda çox istəkli və düzgün oynamağa çalışdı. Bəzən bizim də 3-4 qolluq oyunlarımız olur, bəzən isə qol vurmağa çətinlik çəkirik. Bu da rəqiblərin bizə qarşı daha diqqətli olmasından irəli gəlir. Qarşıda vacib oyunlarımız var. "Qəbələ"yə növbəti matçlarda uğurlar arzulayıram".
Sport7.az