Bianka Andreesku doğma şəhərində 10 min insan tərəfindən qarşılandı (FOTO)

Bianka Andreesku doğma şəhərində 10 min insan tərəfindən qarşılandı (FOTO)

Ontario əyalətinin Mississoqi şəhərində "US Open"in qalibi, "Böyük dəbilqə" zəfəri yaşayan ilk kanadalı Bianka Andreesku 10 minə yaxın insan tərəfindən qarşılanıb.

Şəhərin meri Bonni Krombi, əyalətin paytaxtı Torontonun meri Con Tori və Kanadanın baş naziri Castin Trudo 19 yaşlı tennisçini tarixi qələbə münasibətilə təbrik ediblər.

Trudo çıxışında qeyd edib: "Bianka bütün kanadalılar üçün, xüsusilə də, gənclər üçün əsl ilham mənbəyidi. Çünki o, gənclərin nələrə qadir olduğunu göstərdi.

Niku, Mariya (Biankanın valideynləri - Sport7.az), ailə həyatınızın təməllərini Kanadada atmaq qərarına gəldiyinizə görə sizə təşəkkür edirəm. Bizim ölkədə hər şey mümkündü. Siz və Mississoqinin digər sakinləri bunun əyani sübutusunuz".
 



Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR