Bir hakim ardıcıl 2-ci dəfə

Bir hakim ardıcıl 2-ci dəfə "Qarabağ"ın oyununda!

Azərbaycan Premyer Liqasında XVIII turun təyinatları açıqlanıb. 


Sport7.az saytının məlumatına görə, 2014-cü ilin son oyunlarını idarə edəcək hakimlər arasında yalnız bir FİFA referisi olacaq. Belə ki, "Xəzər Lənkəran” – AZAL matçını Əliyer Ağayev idarə edəcək. İlin son görüşündə isə Ömər Paşayev fit çalacaq. "Qarabağ" - "Sumqayıt" matçına isə təcrübəsiz İnqilab Məmmədov təyin olunub. Ağdam klubunun "Xəzər Lənkəran"la dünən keçirilən matçında baş hakim olmuş yeni FİFA referimiz Orxan Məmmədov yenə bu komandanın oyununda briqadada yer alacaq. O bu dəfə 4-cü hakim funksiyasını icra edəcək.


XVIII tur

21 dekabr

15:00 "Xəzər Lənkəran” – AZAL

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov

"Xəzər Lənkəran” mərkəzi stadionu


15:00 "Qəbələ” – "İnter"

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev

Qəbələ şəhər stadionu


15:00 "Qarabağ” – "Sumqayıt” 

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu


17:00 "Simurq” – "Bakı”

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev

Zaqatala şəhər stadionu


Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR