Birinci Divizionda 4 qarşılaşma keçirildi

Birinci Divizionda 4 qarşılaşma keçirildi

Birinci Divizionda 11-ci tura start verilib.
 
Sport7.az xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutub. "Kəpəz" doğma meydanda "Qaradağ Lökbatan"ı, "Zaqatala" səfərdə "Sumqayıt"ın əvəzedicilərini məğlubiyyətə uğradıb. "Səbail-2" isə səfərdə MOİK-dən üstün olub. "AZAL Arena"a qarşılaşan "Keşlə" ilə "Zirə"nin əvəzedicilərinin görüşündə qəsəbə təmsilçisi sevinən tərəf olub.
 
Turun qalan iki görüşü bu gün keçiriləcək. "Turan Tovuz" "Qarabağ"ın əvəzedicilərini qəbul edəcəksə, "Sabah-2" səfərdə "Ağsu"nun qonağı olacaq.
 
"Kəpəz" - "Qaradağ Lökbatan" 3:0
(Elvin Nəsibov, 37; 87-p.; Nodar Məmmədov, 71-p.)
 
MOİK - "Səbail-2" 0:1
(Mehdi Tahirov, 60)
 
"Keşlə-2" - "Zirə-2" 0:2
(Tapdıq Əhmədov, 34; Rauf Salamov, 39)
 
"Sumqayıt-2" - "Zaqatala" 1:3
(Elnur Cəfərov, 34 // Bəhruz Teymurov, 46; Famil Camalov, 61; Maqsud Ələkbərov, 68)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR