Biz yerimizdə qaldıq, Türkiyə gerilədi

Biz yerimizdə qaldıq, Türkiyə gerilədi

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Sport7.az xəbər verir ki, saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 1-ci turundan sonra cədvəldə bəzi dəyişikliklər olub. Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ” İsraildə "Makkabi”yə uduzduğundan ölkəmizin əmsalı dəyişməz qalıb. Hesabında 16,625 xal olan Azərbaycan 26-cı pillədə qalıb.

Təl-Əviv təmsilçisinin qələbəsi İsrailin irəliləməsi ilə nəticələnib. Bu ölkə Çexiyanı arxada qoyaraq 20-ci sıraya qalxıb.

Qardaş Türkiyənin də mövqeyi dəyişib. "Sivasspor”un "Vilyarreal”a uduzması qonşu ölkənin geriləməsi ilə nəticələnib. Qonşularımız artıq 13-cü yerdədir. "Reyncers”in qələbəsi Şotlandiyanın irəliləməsi üçün yetərli olub.

Daha bir dəyişiklik İsveçrənin 17-ci pilləyə qalxmasıdır. Mərkəzi avropalılar yenidən Yunanıstanı keçib.

Cədvəlin ilk pilləsində 82,569 xala malik İspaniya qərarlaşıb. İngiltərə 2-ci, İtaliya 3-cü sıradadır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR