Bizimkilər FİFA-nın sorğusunda kimə səs verib?

Bizimkilər FİFA-nın sorğusunda kimə səs verib?

Azərbaycandan FIFA-nın "The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.

Sport7.az xəbər verir ki, səsvermədə kişilərdən ibarət milli komandanın baş məşqçisi Nikola Yurçeviç və kapitan Maksim Medvedev, qadınlardan ibarət yığmaya rəhbərlik edən Siyasət Əsgərovla Sevinc Cəfərova, eləcə də jurnalist Rasim Mövsümov iştirak ediblər. 

Ən yaxşı kişi baş məşqçi
Nikola Yurçeviç: Yurgen Klopp, Xosep Qvardiola, Maurisio Poççetino
Maksim Medvedev: Didye Deşam, Yurgen Klopp, Camel Belmadi
Rasim Mövsümov: Yurgen Klopp, Erik Ten Haq, Camel Belmadi

Ən yaxşı kişi futbolçu
Nikola Yurçeviç: Kriştiano Ronaldo, Lionel Messi, Məhəmməd Salah
Maksim Medvedev: Virgil van Deyk, Məhəmməd Salah, Mattis de Liqt
Rasim Mövsümov: Virgil van Deyk, Sadio Mane, Məhəmməd Salah

Ən yaxşı qadın baş məşqçi
Siyasət Əsgərov: Sarina Viqman, Jill Ellis, Peter Qerxardsson
Sevinc Cəfərova: Jill Ellis, Sarina Viqman, Fil Nevill

Ən yaxşı qadın futbolçu
Siyasət Əsgərov: Meqan Rapino, Aleks Morqan, Vendi Renar
Sevinc Cəfərova: Meqan Rapino, Ellen Uayt, Aleks Morqan

Qeyd edək ki, ötən axşam keçirilən mükafatladırma mərasimində ən yaxşı kişi futbolçu Lionel Messi ("Barselona”, İspaniya), ən yaxşı qadın futbolçu Meqan Rapino ("Reyn”, ABŞ) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp ("Liverpul”, İngiltərə), qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR