"Blatter rüşvət verməkdə çox mahirdi"

UEFA-nın fəxri prezidenti Lennart Yohansson İsveçrə Prokurorluğunun FİFA-nın başqanı Yozef Blatterə qarşı cinayət işi açmasnı doğru qərar olduğunu qeyd edib. Sport7.az xəbər verir ki, o, bundan başqa UEFA-nın rəhbəri Mişel Platininin rüşvət almasına inanmadığını bildirib.

Yohansson hazırkı durumdan məyus olduğunu gizlətməyib. O, açıqlamasında daha çox Platinini müdafiə edib: "Platini uzun illərdə Blatterə qarşı mübarizə aparır. Blatter çirki pulların yuyulmasında, rüşvət verməkdə çox mahirdi. Futbolun başında rüşvətxor bir prezidentin olması dünya üçün bəxtsizlikdi".

Qeyd edək ki, Lennart Yohansson vaxtı ilə UEFA-nın prezidenti də olub.



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR