Bölgə təmsilçiləri məğlub oldu, paytaxt duelində

Bölgə təmsilçiləri məğlub oldu, paytaxt duelində "sülh"

Birinci Divizionda 10-cu turun oyunlarına start verilib.
 
Sport7.az xəbər verir ki, turun ilk oyun günündə, 3 qarşılaşma baş tutub. "Turan Tovuz" Bakıda "Sabah-2"nin qonağı olub. Görüş paytaxt klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə-2" "AZAL Arena"da MOİK-i qəbul edib. 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib - 2:2. "Zaqatala" isə Bakıda "Keşlə-2"nin qonağı olub. Bu qarşılşamada paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.
 
Turun qalan görüşləri bu gün keçiriləcək. "Səbail-2" səfərdə "Kəpəz"in, "Qarabağ-2" isə "Sumqayıt"ın əvəzedicilərinin qonağı olacaq. "Qaradağ Lökbatan" isə Lökbatanda "Neftçi"ni qəbul edəcək.
 
Birinci Divizion, 10-cu tur
 
"Sabah-2" - "Turan Tovuz" 1:0
(Reza Bigdelo, 87)
 
"Zaqatala" - "Keşlə-2" 0:2
(Elmir Rəhimzadə, 36; 42)
 
"Zirə-2" - MOİK 2:2
(Tapdıq Əhmədov, 15; Müşfiq İlyasov, 59 // Yamin Ağakərimzadə, 21; Raul Yaqubzadə, 80)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR