BOK Azərbaycana maddi yardım ayırıb

BOK Azərbaycana maddi yardım ayırıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasının fəsadları ilə mübarizədə Olimpiya hərəkatına dəstək proqramına uyğun olaraq beynəlxalq federasiyalar və Milli Olimpiya komitələrinə ümumilikdə 100 milyon dollar verib.

Sport7.az xəbər verir ki, bu barədə BOK prezidenti Tomas Bax qurumun iyulun 15-də keçirilmiş İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında bildirib. O, qeyd edib ki, bu, təsdiqlənmiş 800 milyonluq yardım paketinin bir hissəsidir. Vəsaitin 43 milyonu beynəlxalq federasiyalara, qalan hissəsi Milli Olimpiya komitələrinə verilib.

BOK koronavirus pandemiyasına görə maddi itkilərlə üzləşən Milli Olimpiya komitələri və federasiyalara Olimpiya hərəkatını dəstəkləmək üçün may ayında 800 milyon dollar ayırıb. Bu məbləğin 650 milyonu Olimpiya Oyunlarının təxirə salınmasına görə çətin vəziyyətə düşən təşkilatçılar üçün nəzərdə tutulub. Qalan 150 milyon dollar isə Olimpiya hərəkatına dəstək məqsədilə ayrılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR