Boksçularımız Özbəkistanda hazırlıq keçir

Boksçularımız Özbəkistanda hazırlıq keçir

Kişi boksçulardan ibarət Azərbaycan yığması Özbəkistanın Anqren şəhərinə təlim-məşq toplanışına yollanıb.
 
Sport7.az xəbər verir ki, səfərin məqsədi Belarusun paytaxtı Minskdə baş tutacaq II Avropa Oyunlarına hazırlığın son mərhələsini keçməkdi.

Komandamızın Anqren toplanışı 15 gün davam edəcək. Baş məşqçi Vaqif Şirinov və məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında keçəcək hazırlıq prosesində Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov, Dominqes Alfonso (hər ikisi 81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) iştirak edir.

Millimiz toplanışı Özbəkistan və Qazaxıstan boksçuları ilə birgə keçəcək.

Avropa Oyunları iyunun 21-30-da olacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR