Boksun əfsanələri bir-biri ilə döyüşəcək, Tayson, Meyvezer...

Boksun əfsanələri bir-biri ilə döyüşəcək, Tayson, Meyvezer...

Boksun ən parlaq simalarından sayılan Floyd Meyvezer Mayk Tayson, Məhəmməd Əli kimi əfsanələrlə döyüşəcək.
 
Sport7.az xəbər verir ki, təbii ki, bu döyüşlər yalnız virtual dünyada baş verəcək. Boksçu "FutboTV" və "FaceBank" şirkətləri ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən Meyvezer də başda olmaqla hazırda fəaliyyətini davam etdirən və keçmiş boksçuların real zamanlı simulyasiyaları hazırlanacaq. "FaceBank" Meyvezer də daxil olmaqla digər boksçuların üzlərinin və vücudlarının fotoları ilə onların filimlərdəki rəqəmsal bənzərini yaradacaq. Bu sayədə bokssevərlər istədikləri idmançıları rinqə çıxara və əfsanələrin döyüşlərini izləyə biləcəklər.
 
Şirkətin digər boksçularla da anlaşmalarını yaxın günlərdə ictimaiyyətə açıqlayacağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR