Bolqarıstan dünya çempionatından imtina etdi - Koronavirusa görə

Bolqarıstan dünya çempionatından imtina etdi - Koronavirusa görə

Bolqarıstan Hokkey Federasiyası gənclər arasında dünya çempionatını keçirməkdən imtina edib.

Sport7.az xəbər verir ki, bu barədə "Monitor" nəşri məlumat yayıb. 
 
Xəbərə görə, buna səbəb kimi koronavirus epidemiyası göstərilib. Təşkilatçılar, qapalı məkanlarda kütləvi tədbirlərin ləğv edilməsini tələb edən Bolqarıstan hökumətinin nəzdində koronavirusun yayılmasına qarşı mübarizə üçün böhran qərargahının tövsiyələrini qəbul ediblər.

Yarışın daha öncə fevral-mart aylarında Çində keçiriləcəyi planlaşdırılıb. Lakin koronavirus səbəbindən Bolqarıstana köçürülüb. 

Paytaxt Sofiyadakı B qrupunun oyunlarında 23 - 29 martda Bolqarıstan, Avstraliya, Xorvatiya Hollandiya və İspaniya komandaları iştirak etməli idi. 
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR