Bordinin mətbuat konfransının vaxtı açıqlandı

Bordinin mətbuat konfransının vaxtı açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 18-də keçiriləcək "Neftçi” – "Sperantsa” oyunu öncəsi bakılıların baş məşqçisi Roberto Bordinin mətbuat konfransı təşkil olunacaq.
 
Sport7.az xəbər verir ki, tədbir sabah "Bakcell Arena”da baş tutacaq.

Konfrans saat 17:30-da başlayacaq. Konfransdan sonra, saat 18:00-da "flaqman"ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün "Bakcell Arena”da "Sperantsa”nın baş məşqçisi Kristian Efrosun da mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR