"Borussiya"nın 20 yaşlı futbolçusu Bundesliqa tarixinə düşdü

Dortmund "Borussiya"sı Bundesliqanın 23-cü turunda "Arminya"nı 3:0 hesablı məğlubiyyətə uğradıb.

Sport7.az xəbər verir ki, bu matçda meydan sahiblərinin yarımmüdafiəçisi Ceydon Sanço yeni rekorda imza atıb. O, Bundesliqa tarixində 50 məhsuldar ötürmə edən ən gənc futbolçu olub.

20 yaşlı futbolçu "Arminya" ilə matçda bir qola və məhsuldar ötürməyə imza atıb.

Sanço bu mövsüm "Borussiya"nın heyətində meydana çıxdığı 30 oyunda 11 qola, 16 məhsuldar ötürməyə müəlliflik edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR