"Borussiya"nın futbolçuları maaşlarından imtina etdi

"Borussiya"nın (Mönhenqladbax) futbolçuları məvaciblərinin bir hissəsindən imtina ediblər.

Sport7.az xəbər verir ki, Bundesliqa təmsilçisinin idman direktoru Maks Eberl alman mətbuatına açıqlamasında deyib. Onun sözlərinə görə, futbolçular koronavirus pandemiyası səbəbindən kluba dəyən maddi zərəri azaltmaq məqsədilə bu addımı atıblar: "Bu oğlanlarla fəxr edirəm. Hamımız həm yaxşı, həm də pis vaxtlarda kluba dəstək oluruq. Oyunçular nələrisə "Borussiya"ya qaytarmaq istəyirlər".

Ehtimal olunur ki, futbolçuların bu qərarı kluba bir ay ərzində 1 milyon avro qənaət etmək imkanı verəcək.

"Borussiya" Almaniyada bu addımı atan hələlik ilk peşəkar klubdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR