Almaniya Bundesliqasının 22-ci turunda baş tutan "Şalke" ilə səfər matçı Dortmund "Borussiya"sının kapitanı Marko Roys üçün əlamətdar olub.
Sport7.az xəbər verir ki, 4:0 hesabıyla qalib gəldikləri matç 31 yaşlı futbolçunun Bundesliqada 300-cü oyunu olub.
Roys bu matçlarda 130 qol vurub, 85 məhsuldar ötürməyə imza atıb. Yarımmüdafiəçinin Bundesliqada debütü 2009-cu ildə, "Borussiya"da (Münhenqladbax) olub.
Almaniya yığmasının da üzvü olan futbolçu 2012-ci ildən Dortmund təmsilçisində çıxış edir.
Sport7.az