"Borussiya"nın gənc futbolçusundan yeni rekord

"Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haland yeni rekorda imza atıb.

Sport7.az xəbər verir ki, 20 yaşlı hücumçu Çempionlar Liqasında 15 qol həddinə ən tez çatan oyunçu olub. Norveçli forvard IV turda evdə Belçika "Brügge"sini 3:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Haland turnirdəki 12 oyunda 16 qol vurub. Futbolçu Dortmund təmsilçisindən başqa sabiq klubu Avstriya "Zaltsburq"unun heyətində də fərqlənib.

Niderlandlı sabiq futbolçuyadək Rud van Nistelroy və hazırda İspaniya "Qranada"sında çıxış edən Roberto Soldado 19 oyunda 15 qola imza ata bilib. Kristiano Ronaldo 51, Lionel Messi 29, Robert Levandovski isə 25 görüşə 15 qol vurmağı bacarıb.

Haland 2019-cu ilin dekabrında "Zaltsburq"dan "Borussiya"ya keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR