"Boston" Aron Beynsi "Finiks"ə göndərib

"Boston" 2019-cu il NBA draftının 24-cü seçim haqqını və Aron Beynsi "Finiks"a göndərib.

"Seltiks" əvəzində 2020-ci il NBA draftının birinci tur seçim haqqını ələ keçirib. "Sanz" sözügedən piki Erik Bledsounun "Miluoki"yə keçidi nəticəsində əldə etmişdi.

Qeyd edək ki, Finiks NBA draftında 24-cü sıradan Vircinya Universitetini təmsil edən Tay Ceromu seçib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR