"Boston" Kayri Örvinqin əvəzləyicisini tapıb

Kayri Örvinqin mövsümlərarası fasilədə "Boston"dan ayrılacağına dair xəbərlər var.

"Seltiks"in yeni point-qard axtarışında olduğu bildirilir. ESPN-in insayderi Edrian Voynarovskinin məlumatına görə, Örvinq komandanı tərk edəcəyi təqdirdə, "Boston" rəhbərliyi "Memfis"in oyun qurucusu Mayk Konlini heyətə qatmağa cəhd edəcək.

Konlinin treydində "Yuta" və "İndiana" kimi klublar da maraqlıdı.

31 yaşlı basketbolçu 2018-19 mövsümündə 21,1 xal, 6,4 assist və 3,4 ribaund ortalamaları ilə oynayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR