Bravo meydandan qovuldu, Kayl Voker

Bravo meydandan qovuldu, Kayl Voker "Mançester Siti"nin qapısını qorudu

"Mançester Siti"nin müdafiəçisi Kayl Voker Çempionlar Liqasının 4-cü turu çərçivəsində "Atalanta" ilə oynanılan matçda komandasının qapısını qoruyub.

Oyunun fasiləsində baş məşqçi Pep Quardiola zədəli Edersonu Klaudio Bravo ilə əvəzləyib. Çilili qapıçı isə 81-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. "Siti"nin iştirak ərizəsində başqa qolkiper olmadığından, 88-ci dəqiqədə Riyad Marezin əvəzinə meydana daxil olan Kayl Voker qapıya keçib.

İngilis futbolçu matçın sonuna kimi qapısının toxunulmazlığını qoruyub və bir neçə qurtarışla yadda qalıb.

Qeyd edək ki, Bravo oyuna sonradan daxil olan və qırmızı vərəqə alan ilk qapıçı kimi ÇL tarixinə düşüb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR