Braziliya çempionatının qalibi müəyyənləşdi

Braziliya çempionatının qalibi müəyyənləşdi

Braziliya A Seriyasında sonuncu - 38-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, bu matçlardan sonra çempionun adına aydınlıq gəlib. 

"Flamenqo" "San-Paulu"ya 1:2 hesabı ilə uduzmasına baxmayaraq, qızıl medallara sahib çıxıb. Buna səbəb "Flamenqo"nun ən yaxın izləyicisi "İnternasional"ın "Korintians"la qolsuz heç-heçə etməsi olub.

"Flamenqo" 71 xalla birinci, "İnternasional" 70 xalla ikinci yeri tutub. "Atletiko" isə 68 xalla bürünc medallara yiyələnib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR