Braziliyalı əfsanənin şikayəti təmin olunmadı

Braziliyalı əfsanənin şikayəti təmin olunmadı

Braziliya futbolunun əfsanəsi Rondlinyonun ev dustaqlığı davam edəcək.

Sport7.az xəbər verir ki, Paraqvayda saxlanılan sabiq futbolçunun apellyasiya şikayəti təmin edilməyib.

Martın 7-də saxlanılan Ronaldinyo bir müddət həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Onun həbsinə səbəb Paraqvaya saxta sənədlərlə yollanmasıdır. Onun əsl pasportu isə cərimələri ödəmədiyi üçün Braziliyada əlindən alınıb.

Onun həbsdə olduğu vaxt sabiq klubu "Barselona”dan yardım aldığı bildirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR