Braziliyalı ulduz İngiltərə klubunun hədəfində

Braziliyalı ulduz İngiltərə klubunun hədəfində

Braziliya millisinin sabiq futbolçusu Aleşandre Pato karyerasını yenidən Avropada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, 31 yaşlı hücumçu İngiltərə klubu "Birminhem”in maraq dairəsinə düşüb. Ön xətdə problemlərlə üzləşən Çempionşip təmsilçisi xilas yolunu erkən sönən ulduzda görür. Birminhemlilər bu ilin avqustunda "San-Paulu” ilə müqaviləsini qarşılıqlı şəkildə pozan Patonu azad agent kimi sıralarına qatmağa çalışır.

31 yaşlı cənubi amerikalı İtaliya variantlarını da götür-qoy edir. A seriyası təmsilçiləri "Spezia” və "Cenoa” da onu heyətində görməkdə maraqlıdır.

Təxminən 10 il əvvəl dünya futbolunun ən böyük istedadlarından biri olan Patonun karyerası istənilən kimi alınmayıb. "Milan”dan ayrıldıqdan sonra "Korintians”, "San-Paulu”, "Çelsi”, "Vilyarreal” və Çin təmsilçisi "Tianjin”də çıxış edən braziliyalı ümidləri doğrultmayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR