"Brügge" çempion elan edildi

Belçika Liqasında 2019/2020 mövsümü koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və "Brügge" çempion elan olunub.

Sport7.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Brügge"nin növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyi vurğulanıb. Bildirilib ki, klubların ən azı 84 faizi çempionatın vaxtından əvvəl dayandırılmasına səs verib.

Autsayder "Vasland-Beveren" isə aşağı liqaya göndərilib.

Xatırladaq ki, "Brügge" 15 xallıq fərqlə turnir cədvəlinin zirvəsində qərarlaşmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR