"Bu, bizim istəyimizlə həll olunmur"

"Millidə hansı futbolçunun oynaması bizdən asılı deyil", - Bu sözləri fanat.az-a verdiyi açıqlamada milli komandamızın və "Xəzər Lənkəran"ın hücumçusu Rauf Əliyev deyib.

Xatırladaq ki, Əliyev bundan öncə açıqlamarında millidə azərbaycanlı futbolçuların oynamasını məqsədəuyğun hesab etdiyini demişdi. Və bunun millimiz üçün də müsbət olacağını vurğulamışdı. Amma bu günlərdə forvard əvvəl dediyi açıqlamanın tam əksini bildirib. Tərcübəli hücumçunun sözlərinə görə, Reynaldonun milliləşdirsələr, yığmamız üçün yaxşı olar.

Rauf Əliyev Fanat.az saytına açıqlamasında isə, bildirib ki, o hər zaman millidə yerli futbolçular oynamasının tərfdarı olub: "Bu yaxınlarda bir müsahibə vermişdim, orada bəzi cümlələr mənim adımdan əlavə edilib. Müsahibəni oxuyandan sonra, həmin jurnalistlə əlaqə saxladım, fikrimi bildirdim ona. O ki, qaldı kimlərin milliyə cəlb olunmasına, bu, bizim istəyimizlə həl olunmur. Burda bəzi işlər var. Onlardan bizdən asılı olan məsələ deyil. Amma hər zaman istəmişəm ki, millidə yerli futbolçular oynasın".

sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR