"Bu, kiməsə asan görünəcək, amma belə deyil" - Ronaldo

"Yuventus"la A Seriyasının doqquz titulundan son ikisini udmağa xoşbəxtəm!"
 
Sport7.az xəbər verir ki, bu sözlər Turin klubunun futbolçusu Kriştianu Ronaldoya məxsusdur. 
 
35 yaşlı portuqaliyalı hücumçu komandanın heyətində İtaliya çempionatında ikinci mövsümün tamamlanmasından sonra sosial şəbəkələrdə fikirlərini bölüşüb.
 
O, sözlərinə belə davam edib: "Bu, kiməsə asan görünəcək, amma belə deyil! İlbəil istedadla, sədaqətlə və çalışqan işlə siz öz hədəflərinə nail ola və əvvəlkindən daha yaxşı ola biləcəksiniz! Üçüncü çempionluq uğrunda irəli!", - deyə Ronaldu "İtaliya Çempionları" və "31 qol" həştəqi ilə özünün "Instagram"dakı hesabında yazıb.

Qeyd edək ki, A Seriyası mövsümünün nəticəsinə görə "Yuventus" İtaliya çempionu olub. Bu, ardıcıl (2011/2012, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020) doqquzuncu qələbədir. 35 yaşlı Kriştianu Ronaldo üçün bu, A Seriyasının ardıcıl ikinci, "Yuventus"un heyətində isə üçüncü ardıcıl nailiyyətdir. Çünki 2018-ci ildə o həmçinin İtaliya Super Kubokunun qalibi olub.

Xatırladaq ki, Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümünün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR