Bu ölkədə azarkeşlərin stadiona girməsinə icazə verildi

Bu ölkədə azarkeşlərin stadiona girməsinə icazə verildi

Macarıstan çempionatında azarkeşlər oyunları stadiondan izləyə biləcəklər. 

Sport7.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Belə ki, fanatlar müəyyən olunmuş qaydalara əsasən tribunalarda yer ala biləcəklər. 

Qaydalara əsasən hər oturacağın arasında üç boş yer saxlanılmalı, həmçinin azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdır. Fanatların matçlar zamanı tribunlarda əyləşməsinə klublar qərar verəcək. 

Koronavirus pandemiyasına görə dayandırılan Macarıstan çempionatı mayın 23-də bərpa olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR