Bu ölkələr

Bu ölkələr "Tokio-2020"nin təxirə salınmasını istəyir

Tokio-2020 Yay Olimpiya Oyunlarını təxirə salmaqla bağlı çağırış edən ölkələrin sayı 10-a çatıb.

Sport7.az xəbər verir ki, Norveç, Sloveniya, Serbiya, Xorvatiya, ABŞ, Fransa, Kanada, İspaniya, Braziliya və Avstraliyanın milli olimpiya komitələri yarışı təxirə salınmasını zəruri sayıb.

Təxirə salınmaq tələbi irəli sürən ölkələrdən ikisi daha sərt addım atıb. Kanada Tokio-2020-dən imtina edib, Avstraliya isə yarışa idmançı göndərməyin mümkün olmadığını açıqlayıb. Beynəlxalq Olimpiya Komitəsinə çağırış edənlər siyahısına Beynəlxalq Atletika Federasiyası (World Athletics) və ABŞ Atletika Federasiyası (USATF) da qoşulub.

Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR