"Bu nəticədən sonra favoritik" - Korneliu Papure

"Bizim üçün çox yaxşı oyun oldu, 3 qol vurduq. Daha çox fərqlənə bilərdik. İki lazımsız qol buraxdıq".
 
Sport7.az xəbər verir ki, bu sözlər "Universitatya Krayova"nın baş məşqçisi Korneliu Papureyə məxsusdu.

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Səbail"in qonağı olan Rumıniya klubu 3:2 hesabı ilə qalib gəlib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Papure fikrini bu sözlərlə davam etdirib: "26 il sonra avrokubokda qalib gəldik. Bunun uğurlu başlanğıc olacağına ümid edirəm. Səfərdə 3 qol vurmuşuq. Bu nəticədən sonra favoritik. Amma önəmli olan konsentrasiyanı saxlamaqdı. Cavab oyununda rahatlamaq olmaz. Matça baxanda kifayət qədər şanslarımız var idi. Ancaq bəzi səhvlər də oldu. Mövsümün əvvəli olduğu üçün belə səhvlər normaldı. Əsas odu ki, bunları təkrarlamayaq".

Baş məşqçi öz səhvləri ucbatından iki qol buraxdıqlarını vurğulayıb: "Əlbəttə, qol buraxmadan qələbə qazanmağı fikirləşirsən. Öz səhvlərimizdən rəqib 2 top vurdu. Rəqibin heyətində yaxşı oyunçular var. Xüsusən də, meydan mərkəzindəkiləri qeyd edərdim. Yevgeni Koçuk və kapitan Rahid Əmirquliyevin adlarını çəkə bilərəm. Konkret kimi öz komandama götürərdim? Bu barədə bir söz deyə bilmərəm".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq. (Matc.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR