"Bu oyunumuz da çətin keçəcək" - "Qarabağ"ın futbolçusu

Komandamızın müdafiəçisi Abbas Hüseynov "Qarabağ"ın mətbuat xidmətinə açıqlama verib.
 
Sport7.az xəbər verir ki, müdafiəçi Premyer Liqanın 21-ci turunda "Keşlə” ilə matçı (1:1) şərh edib, növbəti turda qarşılaşacaqları "Sumqayıt”la oyuna ciddi hazırlaşdıqlarını deyib: "Keşlə” ilə oyunumuz olduqca gərgin mübarizə şəraitində keçdi. Oyuna yaxşı köklənmişdik. Qələbə qazana bilməsək də, sona qədər mübarizə apardıq və bir xal qazandıq. Fikrimcə, oyunumuz yaxşı alındı. "Keşlə” öz evində yaxşı mübarizə aparan komandadır. Növbəti matçımız evdə "Sumqayıt”la olacaq. Bu oyunumuz da çətin keçəcək. Görüşə olduqca ciddi hazırlaşırıq. Önəmli oyunçularımızdan zədəli olanlar var. Buna baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıb, müsbət nəticə qazanmaq istəyirik”.

Aprelin 11-i "Azərsun Arena”da baş tutacaq "Qarabağ” – "Sumqayıt” oyunu saat 19:15-də başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR