Bu qayda ilk dəfə Bundesliqada tətbiq olundu

Bu qayda ilk dəfə Bundesliqada tətbiq olundu

Beynəlxalq Futbol Birliyi Qurumunun (IFAB) bu ilin dekabrın 31-nə qədər tətbiq etdiyi 5 oyunçu dəyişikliyi qaydası ilk dəfə Almaniya Bundesliqasında həyata keçirilib.  
 
Sport7.az xəbər verir ki, dünən yenidən bərpa olunan Bundesliqanın 26-cı turu çərçivəsində keçirilən matçlarda bəzi komandalar 5 oyunçu dəyişikliyi haqqından yararlanıb.
 
Bundesliqanın 26-cı turu çərçivəsində keçirilən qarşılaşmalarda aşağıdakı əvəzləmələr olub. 
 
"Fortuna" - 4, Paderborn - 5
"Leypsiq" - 3, "Frayburq" - 4 
"Auqusburq" - 4, "Volfsburq" - 3 
"Borussiya" (Dortmund) - 4, "Şalke" - 5
"Hoffenhaym" - 4, "Herta" - 5
"Ayntraxt" - 5, "Borussiya" (Münhenqaldbax) - 5 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR