Bu stadiona Ronaldonun adı verilə bilər (FOTO)

Bu stadiona Ronaldonun adı verilə bilər (FOTO)

Portuqaliyanın "Sportinq” futbol klubunun rəhbərliyi komandanın stadionuna Kriştiano Ronaldonun adını vermək qərarına gəlib.

Sport7 xəbər verir ki, hazırda "Jose Alvalade” adlanan stadionun adının "Jose Alvalade CR7” kimi dəyişdiriləcəyi iddia olunur. Bununla "Sportinq”in əlavə gəlir əldə etmək istədiyi bildirilir.

Qeyd edək ki, Portuqaliya millisinin 34 yaşlı hücumçusu "Sportinq”in aşağı yaş qruplarında oynadıqdan sonra 2002-ci ildə əsas komandada debüt edib. Ronaldo "Sportinq”dən 2003-cü ildə 19 milyon avro qarşılığında "Mançester Yunayted”ə transfer olunub. Hazırda "Yuventus”da forma geyən portuqaliyalı hücumçu cari mövsümdə keçirdiyi 36 oyunda 24 dəfə fərqlənib.
 






OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR