Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

"Şalke"nin baş məşqçisi Devid Vaqner istefaya göndərilib.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Bundesliqanın 2-ci turunda "Verder”ə 1:3 hesabı ilə uduzan 
Helkenzirhen təmsilçisi qələbəsiz oyunlar seriyasını 18-ə çatdırıb. İlk turda "Bavariya”dan 8 cavabsız qol buraxan klubun rəhbərliyi mütəxəssislə yollarını ayırmağa qərar verib.

"Şalke” son qələbəsini yanvarın 17-də Mönhenqladbax "Borussiya”sı üzərində qazanıb. 2:0 hesablı qələbədən sonra 6 heç-heçəsi olan komanda 12 məğlubiyyət alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR