Bundesliqa klubunda 5 istefa birdən

Bundesliqa klubunda 5 istefa birdən

"Şalke”də növbəti istefa baş tutub.

Sport7.az xəbər verir ki, bu dəfə bir yox, 5 nəfər vəzifəsini tərk edib.

Bundesliqanın 23-cü turunda "Ştutqart”a 1:5 hesablı məğlubiyyətdən sonra baş məşqçi Kristian Qross və köməkçisi Rayner Vidmayer qovulub. Həmçinin klubun idman direktoru Yohen Şnayder istefa verdiyini bildirib. Eyni zamanda oyunçuların lisenziyalaşdırma şöbəsinin koordinatoru Saşa Riter və rəhbəri Verner Loythardt vəzifəsini tərk edib.

"Şalke” hazırda Bundesliqada sonuncu pillədə qərarlaşır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR