Bundesliqada əsrin rekordu qeydə alındı

Bundesliqada əsrin rekordu qeydə alındı

"Layptsiq” Almaniya Bundesliqasının 27-ci turunda "Maynts”ı darmadağın edib. 

Sport7.az xəbər verir ki, 5:0 hesabıyla bitən görüşdə het-trik edən Timo Verner yeni rekorda imza atıb. O, 21-ci əsrdə Bundesliqada bir mövsümdə eyni komandaya qarşı iki oyunda da het-trik edən ilk futbolçu olub.
 
24 yaşlı hücumçu, Bundesliqada mövsümün ilk dövrəsində də "Maynts”ı 8:0 hesabıyla məğlub etdikləri oyunda 3 qol vurmağı bacarmışdı.
 
Bundesliqada sonuncu dəfə bunu 1998/99 mövsümündə "Bayer”in futbolçusu Ulf Kristen bacarmışdı. Keçmiş hücumçu, Münhenqladbax "Borussiya”sına qarşı bir mövsümdə keçirilən iki oyunda het-triklə yadda qalmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR