Bundesliqada mövsümün ən yaxşısı açıqlandı

Bundesliqada mövsümün ən yaxşısı açıqlandı

Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Sport7.az xəbər verir ki, Almaniya Futbolçular İttifaqı başa çatan 2019/20 mövsümünün ən yaxşıları açıqlayıb. "Bavariya”nın hücumçusu Robert Levandovski bütün rəqiblərini böyük fərqlə qabaqlayıb. İkinci yeri Dortmund "Borussiya”sının gənc istedadı Ceydon Sanço tutub. İlk "üçlüy”ü Levandovskinin komanda yoldaşı Coşua Kimmix qapayıb.

Polşalı hücumçu "Bavariya” ilə həm çempion, həm də kubokun qalibi olduğu mövsümdə hər iki yarışın bombardiri adına da yiyələnib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR