Bundesliqanın başlayacağı tarix açıqlandı

Bundesliqanın başlayacağı tarix açıqlandı

Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb. 

Sport7.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı məlumat yayıb. 2020/2021 mövsümündə ilk turun matçları 18 - 21 sentyabrda baş tutacaq. 

DFB yeni mövsümün 11 - 14 sentyabrda ölkə kubokunun oyunları ilə başlayacağını da açıqlayıb. Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" komandasının iştirak etdiyi II Bundesliqada da ilk tur 18 - 21 sentyabrda olacaq. 

Bundesliqada 2020-ci ilin son turu 18 - 21 dekabrda gerçəkləşəcək. Mövsümün gec başlaması ilə əlaqədar qış fasiləsi qısaldılacaq və matçlar yanvar ayının ilk həftəsonunda davam edəcək. 

Mövsüm mayın 22-də yekunlaşacaq. Bundesliqada qalmaq üçün keçirilən pley-off görüşləri 26 və 29 mayda olacaq. 

Bundesliqada 2019/2020 mövsümünün qalibi adını "Bavariya" qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR